21 avqust 2024 at 17:48
Jurnalist kodu: 5561
Xəbər kodu: 85575301
T T
0 Persons
Hizbullah sionist rejimin 4 bazasına zərbə endirdi; 1 ədəd Merkava tankı məhv edildi

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bu gün, çərşənbə sionist rejimin mövqelərinə qarşı hücumların davamında bu rejimin 4 bazasına və əsgərlərinin toplaşdığı yerlərə zərbələr endirdiyini və "Əl-Abbasiyyə" bazasında İsrailə məxsus "Merkava" tankının məhv edildiyini açıqlayıb.

Livan Hizbullah Hərəkatı bu gün sionist rejimin 1 ədəd Merkava tankının məhv edildiyini xəbər verib.

Hizbullah bəyan edib ki, onun qüvvələri Əl-Abbasiyyə bazasında İsrail əsgərlərini müşahidə etdikdən sonra idarə olunan raketlə bir ədəd Merkava tankını hədəfə alıblar və raket birbaşa hədəfə dəyib.

Hizbullah qüvvələri işğal altında olan Vadi Hunin bölgəsindəki sionist bazasını da hədəfə alıblar.

Bu gün həmçinin “Ramim” kazarmasına – Qolani ordusunun hazırkı qərargahına “katyuşa” raketləri ilə zərbələr endirilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .